“Həmrəylik rəmzinə çevrilən Sərvər Bəşirliyə təşəkkür etdim”- Cahit Bağçı
    • 9-02-2023, 23:30
    • 239

“Həmrəylik rəmzinə çevrilən Sərvər Bəşirliyə təşəkkür etdim”- Cahit Bağçı

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində gündəmə gələn Sərvər Bəşirliyə telefonla zəng edib.

News24.az xəbər verir ki, diplomat bu barədə tviterdəki hesabında yazıb.

“Ölkəmizdə baş verən zəlzələlərdən sonra bütün Azərbaycanın həmrəylik rəmzinə çevrilən, təkürəkli olub kömək səfərbərliyinə bacardığı qədər edən qardaşımız Sərvər Bəşirliyə zəng edərək ölkəmiz və millətimiz adından təşəkkür etdim.

Böyük ürəkli qardaşım mənim! Var olasan”, - səfir qeyd edib.