FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb - FOTO
    • 10-02-2023, 15:15
    • 205

FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.

FHN-dən News24.az-a verilən məlumata görə, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.

200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.