Məktəbli qız sinif yoldaşlarına balta və bıçaqla hücum etdi
    • 13-02-2023, 09:36
    • 222

Məktəbli qız sinif yoldaşlarına balta və bıçaqla hücum etdi

Qazaxıstanın Petropavlovsk şəhərində məktəbli qız balta və bıçaqla üç sinif yoldaşını yaralayıb.

News24.az xəbər verir ki, 9-cu sinif şagirdi bıçaq və baltanı məktəbə çantasında gətirib.

O, məktəbdə tualetə girib, daha sonra isə oradan əlində bıçaq və balta ilə çıxıb. Məktəbli iki oğlan və bir qıza hücum edib.

Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normal qiymətləndirilir. Məktəbli qız polis tərəfindən saxlanılıb. 

Faktla bağlı ibtidai istintaq başlayıb. Bəzi məlumatlara görə, qız psixiatrik nəzarətdədir. /Ren Tv/

Teymur MƏMMƏDOV