Prezident bu şəxsləri təltif etdi – SİYAHI
    • 13-02-2023, 11:18
    • 167

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

News24.az xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Allahverdiyeva Amaliya Kərim qızı
İsmayılova Ruhiyyə Həsən qızı
Məmmədova Elnara Xasay qızı
Rüstəmov Rövşən Rüstəm oğlu
Valehov Ceyhun Ağanəzər oğlu.