İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirildi
    • 14-02-2023, 11:57
    • 185

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirildi

Agentliyin Çağrı mərkəzində ümumilikdə 42 əməkdaş xidmət göstərir. 

News24.az xəbər verir ki, “1542” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzinin rəhbəri Nərminə Ramazanova jurnalistlərə açıqlamasında bildirib. Qurum rəsmisi qeyd edib ki,  onlar gün ərzində daxil olan zəngləri cavablandırırlar. 

"Həmçinin, sorğuları, şikayətləri dinləyirlər və  əgər birbaşa cavablandıra bilmirlərsə, o zaman sorğu tərtib edib sistemə daxil edirlər ki, o da keçir bizim ikinci bloka. O blok da araşdırma bloku adlandırılır. Orada 10 əməkdaşımız fəaliyyət göstərir. Onların əsas işi sorğuları araşdırır, lazım olanda aidiyyatı qurumlara müraciət edirlər və məsələni araşdırıb vətəndaşa geri dönür".

N.Ramazanova qeyd edib ki, 2-3 aydan bir əməkdaşlar arasında təlimlər keçirilir:

"Bu təlimlər xəstəxanlarda işlərlə bağlı, zənglərin cavablandıırlmaıs ilə bağlı həyata keçirilir. Bunun üçün dəstək blokumuz bizə kömək edir.  "1542" bizim Çağrı mərkəzimizdir. Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərirlər".

Qurum rəsmisi diqqətə çatdırıb ki, noyabr ayından rus dilində də xətlər fəaliyyətə başlayıb:

"Ortalama bizdən yanvar ayı götürsək, 24 saat ərzində 814-dən artıq zəng daxil olub. O zənglərin 85 faizi  30 saniyədən tez cavablandırıb. Biz çalışırıq ki, gələn bütn zəngləri cavablandıraq.  Araşdırmanı gün ərzində edib və həmin günü vətəndaşa geri dönüş edək. Lakin müvəqqəti sotğudursa, 3 iş günü ərzində ilkin araşdırmanın nəticəsi barədə mütləq şəkildə vətəndaşa geri dönüş olunur. Yanvar ayında hardasa 5 fazi itirilmiŞ 95 fazi cavablandırılmış zəng olm uşdur.ş O  5 faizi də hər gün bizim əməkdaşlarımız hər 15 dəqiədə ərzində yoxlayırlar və həmin vətəndaşa özlöəri geri dönüş edirlər. 


Qumral ƏLİYEVA
Teymur MƏMMƏDOV