-
- 15-02-2023, 16:49
- 293
Dağıntılar altında həyat mübarizəsi: Qolunu kəsdi, körpəsini qanı ilə bəslədi
Gənc ana 7 aylıq körpəsini dağıntılar altında tüpürcəklə əmizdirib, tüpürcək tükəndiyi zaman isə həyat yoldaşı qolunu olunu kəsərək öz qanı ilə qidalandırıb.
News24.az xəbər verir ki, həyat yoldaşı və 7 aylıq körpəsi ilə birlikdə dağıntılar altında qalan 24 yaşlı Hidayet Polat (qadın adıdır)4 gün dağıntılar altında Alparslana süd verib. Aclıq və susuzluqdan qadının südü 5-ci gün kəsilib. Bunun üzərinə Hidayət və Məhərrəm Polat cütlüyü 7 aylıq oğluna öz dodaqlarını əmizdirib və tüpürcəkləri ilə 1 gün daha sağ qalması üçün əllərindən gələni ediblər. Ağızlarındakı tüpürcəkləri bitəndə ana Hidayət Polat ərindən onun qolunu kəsməsini istəyib. Ərinin qolunu kəsən qadın 1 gün körpəsini öz qanı ilə yedizdirib. Soyuq və aclığa ancaq 6 gün dözə bilən Alparslan valideynlərinin qucağında dünyasını dəyişib. Həyat yoldaşını sakitləşdirməyə və təsəlli verməyə çalışan Məhərrəm Polat 7 aylıq oğluna sonuncu dəfə baxaraq onu dağıntılar altında basdırıb. Həyatlarının bəlkə də ən çətin günlərini dağıntılar altında yaşayan gənc cütlük 3 uşağının cansız bədənlərini dağıntılar altında qoyaraq 203 saatdan sonra BAKUT qrupları tərəfindən xilas edilib