Türkiyədə zəlzələdə həlak olan tələbə Gədəbəydə dəfn olunub - FOTO - YENİLƏNİB
    • 16-02-2023, 12:47
    • 323

Türkiyədə zəlzələdə həlak olan tələbə Gədəbəydə dəfn olunub - FOTO - YENİLƏNİB

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyev Gədəbəydə dəfn olunub.

News24.az xəbər verir ki, Samir Quliyev Gədəbəyin İnəkboğan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Lənkəran İcra Hakimiyyəti Türkiyəyə humanitar yardım göndərib - FOTO
Zəngəzur Milli Parkında çöl heyvanlarına yem verilib
FHN odsöndürücü balonlardan düzgün istifadə ilə bağlı müraciət edib - VİDEO

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyevin cənazəsi Gədəbəy rayonuna gətirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Samir Quliyevlə Gədəbəyin İnəkboğan kəndində, yaşadığı evdə vida mərasimi keçiriləcək.

Mərhum kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Samir Quliyev 2000-ci ildə anadan olub, uşaqkən atasını itirib.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.