-
- 16-02-2023, 18:51
- 357
Türk mətbuatı zəlzələdə ölən azərbaycanlı tələbələrdən yazdı
Malatyada baş verən zəlzələ nəticəsində vəfat edən 4 azərbaycanlı tələbə ilə bağlı xəbər Türkiyə mətbuatında yer alıb.
News24.az "Yenişafak" saytında dərc edilən sözügedən paylaşımı təqdim edir:
"Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdə həyatını itirən 4 azərbaycanlı tələbənin cənazələri Bakıya gətirilib. Fevralın 14-də Malatyada zəlzələdə yaşadıqları evin dağılması nəticəsində həyatını itirən Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazəsini yaxınları və vətəndaşlar qarşılayıblar. İnönü Universitetində təhsil aldığı bildirilən tələbələrdən biri Gəncədə, biri Gədəbəydə, ikisi isə Sumqayıtda torpağa tapşırılacaq. “Əsrin fəlakəti” kimi qiymətləndirilən zəlzələlərdə 10 Azərbaycan vətəndaşı həyatını itirib".