Dağıntılar altında günlərlə bəslədiyi inəyi xilas edildi - VİDEO
    • 17-02-2023, 10:45
    • 201

Dağıntılar altında günlərlə bəslədiyi inəyi xilas edildi - VİDEO

Türkiyədə baş verən zəlzələdə Birgül Tuncay adlı qadının tövləsinin uçması nəticəsində inəkləri dağıntılar altında qalıb. Sağ qalan inəklərdən biri xilas edilsə də, digəri dağıntılar altında ilişib qalıb. Qadın hər gün sürünərək dağıntılar altına girib inəyini yemləyib. 

News24.az
İHA-ya istinadla xəbər verir ki, Birgül Tuncay adlı qadının inəyi 253 saat sonra dağıntılar altından çıxarılıb. İnəyinin çıxdığını görən Birgül Tuncay göz yaşlarına boğulub. 

Qumral Əliyeva