-
- 17-02-2023, 11:06
- 179
Türkiyədə daha bir möcüzə: 261 saat sonra sağ çıxdılar - FOTO/VİDEO
Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra zəlzələdən çökmüş binanın dağıntıları altından 2 nəfər sağ çıxarılıb.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, qurtarılan şəxslər 26 yaşlı Mehmet Ali Şakiroğlu və 34 yaşlı Mustafa Avcıdır.
Daha sonra Avcı yaxınları ilə telefonla əlaqə saxlayıb.
Hadisə ilə bağlı Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında paylaşım edib.
"Hatayda bu gecə dağıntılar altından 261-ci saatda xilas edilən Mustafa tibbi müdaxilədən sonra ilk olaraq telefon nömrəsini xatırladığı qohumuna zəng edib. Mustafa qardaşımızı yaxşı gördüyümüzə çox sevindik", - deyə nazir bildirib.
Mehmet Ali Şakiroğlu ilə atası arasında da telefon əlaqəsi yaradılıb. Hər iki şəxs ilk tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 38 044 nəfər dünyasını dəyişib.