-
- 17-02-2023, 13:16
- 272
Toyda oynamaq üstə dava saldı, restorandan çölə atıldı
Qubada toyda oynamaq üstündə dava salan şəxs toydan kənalaşdırılıb və daha sonra polis tərəfindən saxlanılıb.
News24.az xəbər verir ki, hadisə Quba şəhərində yerləşən “Qızıl Tac” şadlıq sarayında baş verib. Rayonun Aşağı Atuc kənd sakini olan 1980-ci il təvəllüdlü E.Məmmədov tanışının toy məclisində iştirak edib və həmin toyda spirtli içki qəbul edib. Toyda oynamağa görə ona növbə çatmadığı üçün o əsəbləşərək səs-küy salıb. Nəticədə onu saraydan çölə çıxarıblar.
Daha sonra E.Məmmədov sərxoş halda həddindən artıq əsəbi olduğuna görə küçədə ünvansız nalayiq söyüşlər söyməyə başlayıb və ərazidə xidmət aparan polislər tərəfindən saxlanılıb.
Barəsində Quba rayon Polis Şöbəsində inzibati protokol tərtib edilən şəxs daha sonra Quba Rayon Məhkəməsinə göndərilib və 50 manat cərimə edilərək sərbəst buraxılıb.
Taleh BAĞIROV