-
- 17-02-2023, 18:51
- 221
Qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması üçün reyd keçirilib
Qeyri-qanuni taksi fəaliyyəti və müntəzəm avtobus marşrutları üzrə sərnişin daşımaları hallarının qarşısının alınması, təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ətrafında reyd keçirilib.
News24.az xəbər verir ki, bu barədəAzərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, AYNA-nın Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə həyata keçirdiyi reyd ölkənin müxtəlif şəhər və rayonlarından biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı aparılıb.
Bildirilir ki, avtomobillərini yolun hərəkət hissəsində saxlayan sürücülər hərəkətin intensiv olduğu həmin ərazidə sıxlıq yaratmaqla ictimai asayişi kobud şəkildə pozurlar. Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan bəzi sürücülər barəsində cərimə tətbiq olunub.