FİFA-dan Türkiyə və Suriyaya yardım
    • 17-02-2023, 20:45
    • 275

FİFA-dan Türkiyə və Suriyaya yardım

FİFA Türkiyədə və Suriyada baş verən güclü zəlzələlərdən zərərçəkənlərə görə ianə edib.

News24.az xəbər verir ki, bu barədə dünyanın ali futbol qurumu məlumat yayıb. Beynəlxalq Futbol Federasiyası öz fondu vasitəsilə ümumilikdə 1 milyon dollar məbləğində yardım edib.

İanə hər iki ölkədə təcili humanitar yardım üçün nəzərdə tutulub. Bu humanitar yardımlara təcili yardımların alınması və paylanması, müvəqqəti sığınacaqların təmin edilməsi və mühafizə daxildir.

FİFA vəziyyəti izləmək və lazım gəldikdə əlavə tədbirlər görmək üçün hər iki ölkənin futbol federasiyaları ilə işləməyə davam edəcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə və Suriyada güclü zəlzələ baş verib. Fəlakət nəticəsində həyatını itirənlərin sayı 42 min nəfəri keçib.