Şəmkirdə narkokuryerdən 5 kq-dan çox narkotik götürülüb
    • 18-02-2023, 09:59
    • 152

Şəmkirdə narkokuryerdən 5 kq-dan çox narkotik götürülüb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

DİN-dən News24.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Balakən rayon sakini amir Əlibəyov Şəmkir rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 4 000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.

Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan 5 kq 50 qram heroin, 90 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.