Gəncədə iki maşın toqquşub, xəsarət alan var
    • 18-02-2023, 15:31
    • 189

Gəncədə iki maşın toqquşub, xəsarət alan var

Bakı-Qazax avtomagistralının Gəncə şəhərinə girəcəyində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, şəhərin “Gəncə qapıları” adlanan ərazisində “Prado” markalı avtomobillə “Opel” markalı maşın toqquşub.

Qəza zamanı “Opel” markalı avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.