Alla Puqaçova haqda şok: "Gəzə bilmir, vəziyyəti ağırdır"
    • 19-02-2023, 00:09
    • 283

Alla Puqaçova haqda şok: "Gəzə bilmir, vəziyyəti ağırdır"

Rusiyalı tənqidçi Sergey Sosedov növbəti dəfə Alla Puqaçova haqqında mənfi fikirlər səsləndirib.

Tənqidçi əvvəllər Puqaçovanı tərifləyirdi, indi isə Ukraynanı dəstəklədiyi üçün tənqid edir.

Sosedov bildirib ki, primadonna artıq əvvəlki vəziyyətində deyil:

“O, hər zaman müalicə olunur. Çətinliklə yeriyir. Beli donqar halına gəlib. Ümumiyyətlə, bu, acınacaqlı mənzərədir. 20 ildir ki, oxumur, səbəb onun səs tellərində problemin olmasıdır. Heç vaxt səsinə əməl etməyib. Orada hər şey köhnəlib. Hamı bilir ki, o hansı həyat tərzi keçirib - içib və siqaret çəkib".
Qeyd edək ki, rusların Ukrayna işğalının başlanğıcında Alla Puqaçova əri Makism Galkin və uşaqları ilə birlikdə İsrailə gedib. Qalkin açıq şəkildə Ukraynadakı müharibəni pisləyir və ukraynalı qaçqınlara maddi yardım edir, həyat yoldaşı isə onu dəstəkləyir.   /Teleqraf.com/