Tərtərdə ərin evində arvadını və bənnanı öldürməsinin təfərrüatları məlum olub
    • 19-02-2023, 12:36
    • 206

Tərtərdə ərin evində arvadını və bənnanı öldürməsinin təfərrüatları məlum olub

Tərtərdə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

News24.az xəbər verir ki, 32 yaşlı Namiq Allahverdiyev 44 yaşlı Asəf Məmmədovun evində bənna kimi çalışıb.

Asəf Məmmədov həyat yoldaşı 42 yaşlı Gülnar Məmmədovanı və Namiq Allahverdiyevi evində öldürüb.
Asəf Məmmədov ilkin dindirmə zamanı evində həyat yoldaşının xəyanətinin şahidi olduğunu və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Qeyd edək ki, əri tərəfindən öldürülən Gülnar Məmmədova Tərtər rayon icra hakimiyyətinin İqtisadiyyat şöbəsində baş məsləhətçi vəzifəsində çalışırmış.//apa.az