Komitə sədrindən MÜHÜM AÇIQLAMA:
    • 20-02-2023, 14:38
    • 232

Komitə sədrindən MÜHÜM AÇIQLAMA: "Regionda Qərbin aktivliyi getdikcə artacaq"

"Azərbaycanın yaratdığı reallıq və apardığı siyasət regionda yeni bir dəyişikliklər yaradıb".

Bunu News24.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Komitə sədri bildirib ki, bu dəyişiliklər artıq heç kimin müdaxilə etmək imkanına şərait yaratmır:

"Azərbaycan tərəfindən yaradılmış bu reallaşan və möhkəmlənən mühit cazibədardır, o cümlədən ilk Qərb üçün. Nə qədər tez Qərb bu məsələdə aktivliyini göstərməyə qadir olacaqsa və öz mövqeyini obyektiv şəkildə Azərbaycanın milli maraqları, beynəlxalq qanun çərçivəsi nöqteyi-nəzərdən təmin edəcəksə, bir o qədər də Qərb udacaq. Biz görürük ki, son zamanlar Qərbin aktivliyi gözə çarpandır. Hesab edirəm ki, Qərbin aktivliyi getdikcə artacaq. Bunun birinci səbəbi Azərbaycanın yaratdığı və heç kim tərəfindən artıq dəyişdirilmək iqtidarında olmayan reallıqlardır. İkincisi isə regionun özünün, xüsusilə son hadisələrlə bağlı, Rusiya-Ukrayna müharibəsiylə bağlı həddindən artıq vacib və əhəmiyyətli regiona çevrilməsi və bu regionda Qərbin mövcudluğu, Qərbin maraqlarındadır. Ona görə də, Qərb bura bütün təbii vasitələrlə müdaxilə etməyə çalışacaq. Görürsünüz ki, Ermənistan da çalışır ki, Qərbi gətirsin. Ancaq o, Qərbi qeyri-ədalətli, beynəlxalq qanunazidd formada gətirmək istəyir, bizim isə yanaşmamız fərqlidr. Ona görə də, o nöqteyi-nəzərdən bizim bu gün mübarizəmiz və mövqeyimiz dünyanın bu regiona gəlişini beynəlxalq qanun çərçivəsində təmin etməkdir. Qanunsuz yox, necə ki, Ermənistan buna çalışır".

Aynurə FATEH