Ramiz Novruzla vida mərasimi keçirilir
    • 21-02-2023, 10:49
    • 290

Ramiz Novruzla vida mərasimi keçirilir

Ötən gün vəfat edən xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, daha sonra sənətkarla Azərbaycan Dövlət Dram Teatrında vida mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xalq artisti mədə xərçəngindən əziyyət çəkirdi.