Samuxda 34 yaşlı kişi ehtiyatsızlıqdan öldürülüb
    • 21-02-2023, 12:56
    • 233

Samuxda 34 yaşlı kişi ehtiyatsızlıqdan öldürülüb

Fevralın 20-si saat 18 radələrində Samux rayonunun Çobanabdallı kəndi ərazisində 1989-cu il təvəllüdlü (34 yaşlı - red.) Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan News24.az-a bildirilib ki, araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq tədbirləri davam etdirilir.