-
- 22-02-2023, 10:05
- 236
Çox sayda şirkət dördgünlük iş həftəsinə keçir
Böyük Britaniyada çox sayda şirkət dördgünlük iş həftəsinə keçir.
News24.az “Financial Times”a istinadən xəbər verir ki, 18 şirkət, o cümlədən təhsil, İT və maliyyə sektorları, keçənilki təcrübədən sonra daimi olaraq dördgünlük iş həftəsi tətbiq edəcəklərini açıqlayıblar.
Daha 38 firma bu cədvəl üzrə işləməyə davam etmək qərarına gəlib. Ötən ilin ortalarından başlayan qısaldılmış iş həftəsinin pilot layihəsində ümumilikdə 61 şirkət iştirak edib.
Bu şirkətlərin 2022-ci ilin ikinci yarısı üçün gəlirləri orta hesabla üçdə birdən çox artıb. İşdən çıxarılanların sayı əhəmiyyətli dərəcədə azalıb, işçilərin 40 faizi daha az stres yaşadıqlarını bildiriblər.//globalinfo