-
- 22-02-2023, 11:44
- 702
Azərbaycanda bu gecə 34 yeraltı təkan olub
Azərbaycanda bu gecə axşamdan səhərə qədər 34 yeraltı təkan olub.
Bunu News24.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, həmin zəlzələlərin maqnitudası çox zəif olub: "Həmin təkanların maqnitudası 1,2, 0.7, 1.5 vəs. olub. Onların içərisində İmişlidə olan zəlzələnin maqnitudası biraz yüksək 3.6 olub. Bunlar fon səviyyəsində baş verən zəlzələlərdir. Heç bir qorxusu yoxdur".
Direktor Bakı ərazisində yaxın günlərdə güclü zəlzələnin gözlənilmədiyini də bildirib: "Yaxın günlər üçün dağıdıcı zəlzələ qorxusu yoxdur. Kiçik yeraltı təkanlar isə həmişə var".
Qumral Əliyeva