Azərbaycan könüllülərinin növbəti heyəti Türkiyədə zəlzələ bölgəsinə yola düşüb
    • 23-02-2023, 10:48
    • 132

Azərbaycan könüllülərinin növbəti heyəti Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə Türkiyəyə yola düşüblər.

News24.az xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri, eyni zamanda Naxçıvan Gənclər Fondunun "Naxçıvan Könüllüləri"ndən ibarət 60 nəfərlik heyət Türkiyəyə yola salınıb.

Azərbaycan könüllüləri zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək edəcəklər.

Qeyd edək ki, daha öncə fevralın 11-də 100 nəfərdən ibarət könüllü gənc də Türkiyəyə yola salınmışdı.