"Tərtər işi”nə görə tutulan şairin məhkəməsi başlayır
    • 23-02-2023, 13:10
    • 256

"Tərtər işi”nə görə tutulan şairin məhkəməsi başlayır

"Tərtər işi” ilə bağlı həbs olunmuş ədliyyə mayoru Rahib Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az-ın əldə etdiyi xəbərə görə, iş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

"Tərtər işi”nə görə ittiham olunanların işi Bakı Hərbi Məhkəməsində araşdırılacaq.
Qeyd edək ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.

Onun "Həyat eşqi", "Sevgi Dünyam", "Zirvəyə doğru" adlı kitabları nəşr olunub. Bundan başqa "Sarıqamışdan gələn məktub", "Qisas", "Türkmənçay" romanlarının müəllifidir.

Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.
İstintaq zamanı iş üzrə cinayət əməlində şübhəli bilinən Məmmədov Rahib Ramazan oğlu həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.//apa.az