Naxçıvan Prokurorluğunun şöbə rəisinin işinə xitam verilib
    • 24-02-2023, 12:43
    • 160

Naxçıvan Prokurorluğunun şöbə rəisinin işinə xitam verilib

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.

News24.az  xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxil işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru Sərxan Həsənzadə Culfa rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilib.