“WhatsApp”a hər kəsin gözlədiyi özəllik gələcək – Mesajı səhv yazdıqda...
    • 24-02-2023, 14:11
    • 192

“WhatsApp”a hər kəsin gözlədiyi özəllik gələcək – Mesajı səhv yazdıqda...

Aylar əvvəl "Android”lərdə mesaj redaktə funksiyasını sınaqdan keçirməyə başlayan "WhatsApp” indi də eyni funksiyanı "iPhone”larda sınaqdan keçirir.

News24.az xəbər verir ki, sınaq müddətində olan bu funksiyada istifadəçilər mesajın üzərindəki "redaktə et” düyməsini sıxmaqla mesajı redaktə edə biləcəklər. Beləliklə, yanlış yazılmış mesajı silib düzgün yazmağa ehtiyac qalmayacaq.

Məlumata görə, istifadəçilər göndərdikləri mesajı 15 dəqiqə ərzində düzəldə biləcəklər. Bu müddətdən sonra düzəltmə funksiyası işləməyəcək.

Qumral Əliyeva