Ələkbər Yasamallı Rəşad Dağlı üçün meyxana dedi – VİDEO
    • 25-02-2023, 09:45
    • 408

Ələkbər Yasamallı Rəşad Dağlı üçün meyxana dedi – VİDEO

Meyxanaçı Ələkbər Yasamallı bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirən həmkarı və dostu Rəşad Dağlı ilə bağlı meyxana deyib.

News24.az olay.az-a istinadən xəbər verir ki, məclislərdən birində iştirak edən Ələkbərin videosu sosial şəbəkələrdə yayılıb.
Paylaşılan görüntülərdən onun R. Dağlını xatırlayaraq “Çox sağ ol ki, Rəşaddan verdin bizə izahı. İnşallah nurlu olsun dustaqların sabahı. Rəşadın qapısını açar İlahi. Mən də bu niyyətdəyəm, sən də o niyyətdəsən” sözlərini səsləndirib.

Qeyd edək ki, ötən il Rəşad Əmirov İ. Mehtiyevi 14 bıçaq zərbəsi ilə öldürüb.