“Azərbaycan öz torpaqlarını geri qaytarır” - rusiyalı jurnalist - VİDEO

“Azərbaycan öz torpaqlarını geri qaytarır” - rusiyalı jurnalist  - VİDEO
DAĞLIQ QARABAĞ / Video

29 sentyabr 2020, 21:56

Mətn ölçüsü

“Azərbaycan ordusu BMT və AŞPA qətnamələri tərəfindən tanınan Azərbaycanın işğal olunmuş yeddi bölgəsi ərazisində hərbi əməliyyatlar aparır. Azərbaycan xalqı üçün bu qurtuluş və vətənpərvərlik müharibəsidir. Heç kimin başqasının torpağını ələ keçirməyə və yerli əhalini qovaraq etnik təmizləməyə haqqı yoxdur. Bir milyona yaxın azərbaycanlı vətənini itirib”.

News24.az xəbər verir ki, bu sözləri rusiyalı məşhur jurnalist Maksim Şevçenko “YouTube” kanalında yayımladığı yeni videdosunda deyib. M.Şevçenko sözügedən videosunu “Azərbaycan öz torpaqlarını geri qaytarır” – “Sülh prosesi” ədalətə inamsızlıqdan başqa heç nə vermədi” başlığı ilə paylaşıb. 

O, Qarik Martirosyan, Kim Kardaşyan kimi erməni məşhurların sosial şəbəkələrdə milyonlarla izləyicilərinə səslənərək guya Ermənistanın Azərbaycan tərəfindən aqressiya ilə qarşılaşdığını bildirirlər. 

M.Şevçenko döyüşlərin Ermənistan ərazisində getmədiyini vurğulayıb: “Ermənistan rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə Rusiyadan kömək istəsə də müsbət cavab ala bilmədi. Çünki döyüşlər 90-cı illərin əvvəllərində Ermənistan ordusu tərəfindən Azərbaycanın işğal edilmiş ərazisində aparılır. Azərbaycan uzun müddət öz torpaqlarını sülh yolu ilə qaytarmağa cəhd edib.  Hələ Heydər Əliyev Levon Ter-Petrosyana rayonları tərk etməyi, Dağlıq Qarabağın statusunu müzakirə etməyi Azərbaycan və Ermənistan arasındakı iqtisadi münasibətləri bərpa etməyi və bununla da sülhün əldə olunmasını təklif etmişdi. Bu təklif həmin dövrdə Moskva tərəfindən ləğv edildi”.

Maksim Şevçenko qeyd edib ki, tək çıxış yolu işğal edilən 7 rayonun boşaldılmasıdır: “Bu, döyüşlərin dayandırılması üçün tək səbəbdir. Hesab edirəm ki, Azərbaycan işğal olunmuş ərazilərini geri qaytarmaqda haqlıdır”.

YouTube