Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir
DAĞLIQ QARABAĞ / HADİSƏ

01 oktyabr 2020, 15:22

Mətn ölçüsü

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

News24.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.
Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.