Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - MN

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - MN
DAĞLIQ QARABAĞ

10 oktyabr 2020, 13:14

Mətn ölçüsü

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur. 

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb.

Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.