Gəncədə həlak olanların sayı 9-a çatıb - Baş Prokurorluq

Gəncədə həlak olanların sayı 9-a çatıb - Baş Prokurorluq
DAĞLIQ QARABAĞ / HADİSƏ

11 oktyabr 2020, 12:50

Mətn ölçüsü

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olmuşdur.

​Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.