Almaniyalı jurnalist ermənilərlə azərbaycanlıların fərqindən yazdı

Almaniyalı jurnalist ermənilərlə azərbaycanlıların fərqindən yazdı
DAĞLIQ QARABAĞ

13 oktyabr 2020, 10:30

Mətn ölçüsü

“Tanımadığım azərbaycanlılar instaqramda mənim köhnə pitsamı bəyəndiyi halda, yad ermənilər nifrət dolu rəylər göndərirlər. İnternet təəccübləndirir”.

News24.az xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke tvitterdəki hesabında yazıb.

Qeyd edək ki, Y.Röpke münaqişələr üzrə ekspertdir. O, yazılarında erməni yaraqlılarının Gəncəyə hücumunu qınayıb, Ermənistanın dinc əhaliyə qarşı təcavüzü barədə məlumat verib, Ermənistan ordusunun Azərbaycan PUA-ları qarşısında acizliyindən bəhs edib. O həmçinin Ermənistan Müdafiə Nazirliyinin yalanlarını da ifşa edib. /Report/