Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 206-ya çatıb

Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 206-ya çatıb
DAĞLIQ QARABAĞ

13 oktyabr 2020, 12:18

Mətn ölçüsü

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 42 mülki şəxsi qətlə yetiririlib, 206 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 241, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 479-dir.