Ermənistanın təxribatı nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb

Ermənistanın təxribatı nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb
DAĞLIQ QARABAĞ

15 oktyabr 2020, 12:24

Mətn ölçüsü

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.

Bundan başqa, 290 mülki obyekt, 79 hündürmərtəbəli bina və 1 592 yaşayış evi yarasız hala düşüb.