Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 60-a çatıb

Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 60-a çatıb
DAĞLIQ QARABAĞ

17 oktyabr 2020, 12:20

Mətn ölçüsü

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 60 mülki şəxs qətlə yetirilib, 270 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 327, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 704-dir.