Ermənilərin Xızı rayonu ərazisinə atdığı "S-300" raketinin qalıqları götürülür - ANAMA

Ermənilərin Xızı rayonu ərazisinə atdığı "S-300" raketinin qalıqları götürülür - ANAMA
DAĞLIQ QARABAĞ / HADİSƏ

18 oktyabr 2020, 18:44

Mətn ölçüsü

“Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. Sitalçay ərazisində "S-300" raketinin qalıqları aşkarlanıb”.

News24.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir: “Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub”.