Ceyhun Bayramov Mayk Pompeo və həmsədrlərlə görüşəcək - XİN

Ceyhun Bayramov Mayk Pompeo və həmsədrlərlə görüşəcək - XİN
DAĞLIQ QARABAĞ / SİYASƏT

20 oktyabr 2020, 12:41

Mətn ölçüsü

Bu ilin 23 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu barədə News24.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.