MN rəsmisi: "Düşmən geri çəkilir"

MN rəsmisi: "Düşmən geri çəkilir"
DAĞLIQ QARABAĞ

20 oktyabr 2020, 19:16

Mətn ölçüsü

“Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən bölmələri döyüşə girməkdən imtina edib. Tutduqları mövqeləri tərk edib və geriyə çəkilməyə məcbur edilib”.

News24.az
xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

“Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kənd və Zəngilan şəhəri uzunmüddətli işğaldan azad edilib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən qüvvələri itkilər verərək döyüş meydanından fərrarilik edir və geri çəkilir”, - A.Eyvazov vurğulayıb.