"Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil" - MN

"Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil" - MN
DAĞLIQ QARABAĞ

20 oktyabr 2020, 19:22

Mətn ölçüsü

“Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən mövqeləri döyüşə girməkdən imtina edir”.

News24.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilanın kəndləri, o cümlədən Zəngilan şəhəri işğaldan azad edilib: “Ermənistan Müdafiə Nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyyatdan başqa bir şey deyil. Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Azərbaycan Ordusunun hədəfi  legitim hədəfləri dəqiq atəşlərlə məhv etməkdir.