"Fəxr edirəm ki, körpəmi doğma Zəngilanımda böyüdəcəyəm" - VİDEOREPORTAJ - FOTOLAR

"Fəxr edirəm ki, körpəmi doğma Zəngilanımda böyüdəcəyəm" - VİDEOREPORTAJ - FOTOLAR
DAĞLIQ QARABAĞ / SOSİAL / Video

20 oktyabr 2020, 20:00

Mətn ölçüsü

20 oktyabr 2020-ci il. Bu təqvim sözün əsil mənasında Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Bu gün 27 il vətən həsrəti ilə yaşayan zəngilanlılar doğma torpaqlarına qovuşdular.  

Xəbəri eşidər-eşitməz yollandıq Zəngilan şəhərciyinə, gözəl yurdumuzun sakinləri ilə həmsöhbət olub, onların təəssüratlarını öyrəndik. Həmsöhbətlərimiz arasında Zəngilanda doğulub boya-başa çatanlar da var idi, oranı heç vaxt görməyən də. Amma hər birinin ağzında tək söz var o da ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Sevinc xəbərindən sonra küçələrə çıxan sakinlərin avazında "Zəngilanıma getməyə tələsirəm", "Fəxr edirəm ki, körpəmi doğma Zəngilanımda böyüdəcəyəm", "27 illik həsrətimizə son qoyuldu", "Ali baş komandan var olsun!", "bu xəbərə ağlayıram, bu sevinc göz yaşlarıdır", "30 oktyabr tarixinin üstündən xətt çəkdik" kimi fikirləri eşitdik.

Bu tarixi anı elə həmin - Zəngilan torpağının doğmaları ilə keçirdik. Bu sevincli xəbərə zəngililanların hiss və həyəcanınından ibarət videoreportajı təqdim edirik: 

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov






YouTube