"Düşmənin yaydığı xəbər cəfəngiyatdır” - Hikmət Hacıyev

"Düşmənin yaydığı xəbər cəfəngiyatdır” - Hikmət Hacıyev
DAĞLIQ QARABAĞ / HADİSƏ

20 oktyabr 2020, 19:41

Mətn ölçüsü

“Ermənistan Müdafiə Nazirliyinin hərbi əməliyyatların Xudafərin istiqamətində aparılması barədə yaydığı xəbər cəfəngiyatdır və hətta şərhə belə ehtiyacı yoxdur”. 

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb. 

O qeyd edib ki, bu, erməni cəmiyyətində hökm sürən qorxunu qismən azaltmağa hesablanmış dezinformasiyadır.