Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatdı

Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatdı
DAĞLIQ QARABAĞ

21 oktyabr 2020, 11:18

Mətn ölçüsü

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.