Ceyhun Bayramov bu gün Mayk Pompeo ilə görüşəcək

Ceyhun Bayramov bu gün Mayk Pompeo ilə görüşəcək
DAĞLIQ QARABAĞ / SİYASƏT

23 oktyabr 2020, 09:53

Mətn ölçüsü

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşü baş tutacaq.

News24.az RİA-ya istinadən xəbər verir ki, görüş ABŞ vaxtilə səhər 09:30-da (Bakı vaxtı ilə 17:30) olacaq.

Daha sonra isə Pompeo ermənistanlı nazir Mantsakanyanla görüş keçirəcək.