Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin atəşə tutulması yalandır - MN

Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin atəşə tutulması yalandır - MN
DAĞLIQ QARABAĞ

23 oktyabr 2020, 10:48

Mətn ölçüsü

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır. 

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.