Tərtər, Ağdam və Ağcabədi rayonları intensiv atəşə tutulub - MN

Tərtər, Ağdam və Ağcabədi rayonları intensiv atəşə tutulub - MN
DAĞLIQ QARABAĞ

23 oktyabr 2020, 11:04

Mətn ölçüsü

Oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a məlumat verilib.

Bildirilib ki, humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.