“Azərbaycanın qarşısında heç kim dura bilməz” - İlham Əliyev

“Azərbaycanın qarşısında heç kim dura bilməz” - İlham Əliyev
DAĞLIQ QARABAĞ

25 oktyabr 2020, 21:28

Mətn ölçüsü

“Mən demişəm biz onları qovuruq, qovacayıq.”

News24.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib.

“Azərbaycan qarşısında heç kim dura bilməz. Biz haqlıyıq. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Biz Ermənistan ərazisinə keçməmişik. Belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Və bunu etmək üçün böyük səy göstərmək lazım deyil” deyə, dövlət başçısı bildirib.