Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı: "3 mülki şəxs həlak olub və 10 nəfər yaralanıb"

Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı:
DAĞLIQ QARABAĞ

27 oktyabr 2020, 17:49

Mətn ölçüsü

“Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb:“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”.