"Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirakımla qürur duyuram" - VİDEO

"Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirakımla qürur duyuram" - VİDEO
DAĞLIQ QARABAĞ / Video

30 oktyabr 2020, 12:03

Mətn ölçüsü

"Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirakım ilə qürur duyuram. Qələbə bizimlədir"

News24.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin yayımladığı növbəti videoda batareyanın baş zabiti, baş leytenant Şəhriyar Fərəcov deyib. O bildirib ki, döyüş ruhunun yüksək səviyyədə olduğunu söyləyir:“Batareyamız hazırda döyüş tapşırıqlarını uğurla icra edir. Şəxsi heyətdə döyüş ruhu yüksək səviyyədədir. ”. 

Videoda eyni zamanda gizir Yunisov İsa Fərman oğlu heyəti ilə birgə düşmənin 8 topunu məhv etdiyini açıqlayıb:“Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edirəm. Təkcə mənim heyətim bir gün ərzində düşmənin 8 topunu canlı qüvvəsi ilə birgə məhv edib. Bundan sonra da uğurlarımızı davam etdirəcəyik. Şanlı Azərbaycan bayrağını Qarabağda qaldıracağıq”.

Facebook