Azərbaycan Prezidenti: "Otuz müsahibəm olub, onların hamısı çox aqressiv idi"

Azərbaycan Prezidenti: "Otuz müsahibəm olub, onların hamısı çox aqressiv idi"
DAĞLIQ QARABAĞ

09 noyabr 2020, 12:49

Mətn ölçüsü

Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi.

News24.az-ın məlumatına görə, Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada “şahidi” olub. Mən buna inanmıram".