Milli Qəhrəmanlar Ali Baş Komandanı təbrik ediblər

Milli Qəhrəmanlar Ali Baş Komandanı təbrik ediblər
QARABAĞ / SİYASƏT

10 noyabr 2020, 12:59

Mətn ölçüsü

Azərbaycanın Milli Qəhrəmanları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktub ünvanlayıblar.

News24.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanları adından Müdafiə Sənayesi naziri

Mədət Quliyev ünvanladığı məktubda deyilir: “Müzəffər Ali Baş Komandan!

Sizi ölkəmizin hərb tarixinin ən parlaq, ən möhtəşəm Qələbəsi münasibətilə Azərbaycanın Milli Qəhrəmanları adından ürəkdən təbrik edirəm!
Ümummilli Liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi, Ulu Öndərin dühası üzərində bərqərar olmuş azərbaycançılıq ideallarının və dövlətçilik xəttinin uğurla həyata keçirilməsi naminə misilsiz xidmətləriniz xalqımız tərəfindən hər zaman dəstəklənir.

Şanlı ordumuz Sizin komandanlığınız altında mənfur düşmən üzərində parlaq qələbə çalıb və işğal olunmuş torpaqlarımız geri qaytarılıb. Siz müasir ordu quruculuğunun ən mükəmməl modelinin müəllifisiniz. Misilsiz cəsarətiniz, yüksək diplomatik peşəkarlığınız, əzmkarlığınız, qəti siyasi iradəniz və Ordumuzun yenilməz rəşadəti ilə əldə edilən bu Qələbə üçün Sizə dərin  minnətdarlığımızı bildiririk!”